Meksikada camaat şəhər merini öldürüb

img2147020Meksikanın Çyapas ştatında hinduların yaşadığı San-Xuan-Çamula şəhərinin əhalisi şəhər merini öldürüblər.
Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə mətbuata ştat hökumətinin baş katibi Xuan Qomes Aranda məlumat verib.
Hadisə şənbə günü baş verib. Mer Dominqo Lopes Qonsales hiddətlənmiş insan kütlələrinin qarşısında çıxış edərkən ictimai işlərə və şəhər sənətkarlarının maddi baxımdan dəstəklənməsinə vəsait ayırmaqdan imtina edib. Bundan sonra kütlənin içindən ona atəş açılıb. Daha sonra əhali merin meyitini sürüyüb şəhər meydanına çıxarıblar.
Mer Qonsaleslə yanaşı administrasiyanın iki məmuru, sürücüsü və bi yerli sakin də həlak olub.
Daha 12 nəfər isə güllə yarası alıb.
İğtişaş iştirakçıları şəhərin küçələrində barrikada qurublar və ştat rəhbərliyindən bələdiyyəyə ayrılmış maliyyə vəsaitinin xərclənməsinə dair hesabat tələb ediblər. Ancaq sonra üsyan təşəbbüskarlarının hirsi soyuyub və camaat evlərinə dağılb. Polis situasiyanı nəzarət altına alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR