Menecerindən açıqlama: Arda “Barsa”dan gedir?

451716Əhməd Bulut meneceri olduğu Arda Turanın “Barselona”dan ayrılacağı iddialarına cavab verib.

Qafqaznews.az qol.az-a istinadən xəbər verir ki, o, türk yarımmüdafiəçinin Kataloniya klubunda oynamağa davam edəcəyini deyib:

“Ardaya marağın olması normaldır. Ancaq “Barselona”dan ayrılacağı ilə bağlı xəbərlər doğru deyil. O, Kataloniya klubunda xoşbəxtdir”.

Qeyd edək ki, “Barsa”nın Ardanı transferə çıxardığı iddia edilirdi. Onunla “Arsenal”, “Fənərbağça” və “Borussiya” (Dortmund) klubları yaxından maraqlanır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR