Messiyə 21 aylıq həbs cəzası verilib

img2131253“Barselona”nın Argentinalı ulduz oyunçusu Lionel Messi 21 ay müddətində azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, Barselona məhkəməsində mühakimə olunan Messi vergidən yayınmaqda ittiham olunurdu.
Məlumata görə, Lionel Messi və atası Corqe Horacio Messiyə 21 aylıq həbs cəzası verilib. Xəbər verilir ki, həbs cəzası iki ildən artıq olmadığı üçün ata və oğulun həbsə girməsi gözlənilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR