Metroda Azərbaycan kinosu – FOTO

260676_480827“Bakı Metropoliteni” QSC Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə “Metro Gallery” layihəsi çərçivəsində növbəti sərgisini təşkil edəcək
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, sərgi Azərbaycan kinematoqrafiyasına həsr olunub: “Sərgidə köhnə Azərbaycan filmlərindən kadrlar və çəkiliş prosesindən kadrarxası maraqlı fotoşəkillər nümayiş olunacaq. Maraqlananlar iyulun 15-dən metronun “Gənclik” stansiyasının keçidlərində sərgi materialları ilə tanış ola bilərlər. Sərginin açılış mərasimi saat 11:00-da olacaq”. (Milli.az)metro_kino_3 metro_kino__1 metro_kino_2

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR