Mikayıl İsmayılov dünyanın milyarderləri siyahısına düşə bilər – ŞOK FAKTLAR

big_1460539562_skNeft Şirkətinin vitse-prezidenti Nərimanovdakı villasının inşası zamanı qumu Misirdən xüsusi təyyarələrlə gətirdib Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları gecə-gündüz məmurun Türkandakı 7 malikanədən ibarət mülkünü qorumaqla məşğuldur Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov Azərbaycanda ən varlı şəxslərdən biridir. Məmur olmasına baxmayaraq, bu şəxsin nəzarəti altında xeyli biznes sahəsi var. Bakıdakı «Cadillac» avtomobil satışı mərkəzindən tutmuş Ağsu rayonundakı «AzGranata» MMC-yə qədər… Uzun müddətdir ki, şirkətdə vitse-prezident postunu tutan Mikayıl müəllim özünə elə bir biznes şəbəkəsi

yaradıb ki, özündən sonrakı bir neçə nəsilə də artıqlaması ilə bəs edər. Bu adamın maliyyə sərvəti araşdırılsa, bəlkə də adı dünyanın milyarderləri siyahısına düşə bilər. Yəni onun pulu o dərəcədə çoxdur. Gundelik-baku.com olaraq Neft Şirkətinin ikinci əsas söz sahibinin fəaliyyətindəki pozuntu hallarına və büdcəyə vurduğu ziyanla bağlı məsələlərə tez-tez işıq salırıq. Əldə etdiyimiz ən son məlumatlara görə, villa yarışında əksər məmurları qabaqlayan İsmayılovun Bakının ən bahalı ərazilərində dəbdəbəli imarətləri var.0685a1dce134

Deyilənə görə, vitse-prezidentin Teymur Əliyev küçəsindəki villaları Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən malikənalərinin yanında kölgədə qalır. Adının çəkilməməsini istəyən şəxsin bildirdiyinə görə, vitse-prezident qeyd olunan ünvandakı villanı inşa etdirib başa çatdırmaqdan ötrü milyonlar sərf edib: «Bu imarətin bünövrəsindən tutmuş damına qədər tikintisində istifadə olunan materialların hamısı xaricdən gəlib. Vitse-prezidentin tapşırığı əsasında villanın inşası üçün nəzərdə tutulan qum xüsusi təyyarələr vasitəsilə Misirdən gətirilib. Bundan başqa, imarətin tikintisində istifadə olunan daş, armatur, üzlük Daş, mərmər piltələr isə Fransa və İtaliyadan gətirilib. Mərmər piltələrin quraşdırılması üçün İtaliyadan dizayner-memarlar cəlb olunub. Təkcə villanın həyətindəki hovuzun inşasına 300 min manata yaxın vəsait sərf edilib. Mikayıl İsmayılovun istəyi əsasında villada xüsusi hamamlar inşa edilib. Bu hamamlara lazım olan mərmər döşəmənin bir kvadratmetri 5 min avroya başa gəlib. Bir sözlə, Neft Şirkətinin «boz kardinalı» özünün və ailə üzvlərinin diyaznı ilə inşa edilən villaya təxminən 5 milyon manata yaxın pul xərcləyib.

8605c5ff34b7Maraqlıdır ki, onda bu qədər vəsait hardandır. Axı o dövlət məmurudur, aylıq maaşı 1500 manatdan artıq deyil». İddialara görə, neft pullarını ata malı kimi xərcləyən Mikayıl İsmayılov respublikanın əksər bölgələrində, eləcə də paytaxt Bakıdakı mövqelərini nəyi var möhkəmləndirib. Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Pirallahı rayonunda turizmin inkişafı məqsədilə qanuni torpaq sahələrini abadlaşdıran sahibkarların Mikayıl İsmayılovun qeyri-qanuni təzyiqlərinə məruz qalması barədə məlumat yayılmışdı. Azərbaycan Respublikası Prezidentinin torpaq islahatları haqqında sərəncamına və tərəflərin hüquqi nümayəndəsi olan icraçı direktor Rüfət Vəliyevin haqlı iddialarına əsasən deyə bilərik ki, vətəndaşlara qanuni əsaslarla verilən torpaqlar dövlət tərəfindən belə geri alınarsa, kompensasiya ödəmələri vacibdir.720c24f3aad1

Amma İsmayılov əlindəki bütün imkanlardan istifadə etməklə iş adamlarını incidir. Neft maqnatının daha bir özbaşınalığı Türkan qəsəbəsində üzə çıxıb. Belə ki, adıçəkilən məmur milyonlar xərcləyərək Türkan qəsəbəsində bir neçə imarət ucaldıb. Məlumata əsasən, Mikayıl İsmayılov bu villaları tikmək üçün Türkan qəsəbəsində dənizin kənarında on hektarlarla ərazini zəbt edib: “Bu ərazi Mikayıl İsmayılov tərəfindən 6 metr hündürlüyündə hasarlanıb, əraziyə heç kimin keçməsinə icazə verilmir. Hasarın dəniz tərəfində oliqarx neftçi 7 imarət ucaldıb. İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Bu ərazi artıq neçə illərdir ki, zəbt edilib. O bu cah-cəlalı yay aylarında istirahəti üçün inşa etdirib.

b084c8daa137Ərazidə gecə-gündüz ondan artıq idmançı saxlayan məmur həmin idmançıların köməyi ilə buralara heç kimi buraxmır. Neft maqnatının villasını mühafizə edən dəstə Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılovun işçiləridir. Adı polisdə vəzifədə gedən bu şəxslər gecə-gündüz Mikayıl İsmayılovun villalarının qorunması ilə məşğuldur. Bundan başqa, vitse-prezident Türkan qəsəbəsindən həmin istiqamətdə dənizə gedən avtomobil yolunu da zəbt edib, yolun girişinə şlaqbaumlar qoyub ki, neft maqnatının icazəsi olmadan həmin istiqamətdə dənizə heç kim buraxılmır». Araşdırmalarımız davam edir. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. P.S Görəsən, 25-lərdən daha kimə pay çatıb?

Gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR