MKİ-nin rəhbəri: “Bəşər Əsəd getməsə, Suriyada silahlı münaqişə bitməyəcək”

5e70c94446a08e372b7ad8b2675dc614Bəşər Əsədhakimiyyətdən getməsə, Suriyada silahlı münaqişə bitməyəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan bəyan edib.

“Bəşər Əsədin rejimi legitimliyini itirib və mən əmin deyiləm ki, beş il davam edən münaqişədən sonra Suriyanı vahid ölkə kimi qoruyub saxlamaq mümkün olacaq. Suriyanın gələcəyi Bəşər Əsədlə bağlı olmamalıdır. Bir çox suriyalılar məhz Əsədə qarşı olduqlarına görə əllərinə silah alıb. O hakimiyyətdə qaldıqca, Suriyada kütləvi insan tələfatı davam edəcək”, deyə Brennan bildirib.

Rusiyanın münaqişədəki rolundan danışan C.Brennan qeyd edib ki, rəsmi Moskva Suriyada öz maraqlarını güdərək Əsədi hakimiyyətdə saxlamağa çalışır: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Rəsmi Moskvanı inandırmağa çalışırıq ki, Suriyadakı vəziyyət yalnız siyasi yolla nizamlanmalıdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR