Mobil telefonu cibdə gəzdirənlərin nəzərinə!

FotorCreatedGün ərzində şalvarın cibində mobil telefon ilə dolaşmaq kişilərin 47 faizində spermaların sayını azaldır, qadınlarda isə hamilə qalmağı çətinləşdirir.

Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə mətbuatında məlumat yayılıb.

İsraildəki Haifa Texniki Universitetində aparılan araşdırma nəticəsində mobil telefonların spermanın keyfiyyətini aşağı saldığı məlum olub. Bunun səbəbi elektromaqnit fəaliyyətdən irəli gələn istilik artımı olması ilə əlaqləndirilir.

Türkiyəli həkim Betül Görgen isə kişilər arasında aparılan araşdırma haqqında bu məlumatları verib:

“Klinikamıza müraciət edən100-dən çox kişi arasında araşdırma apardıq. Bunlar telefonlarını şalvarın cibində, yəni qasıq bölgəsinə yaxın yerdə saxlayanlar, telefonla enerji doldurulma əsnasında danışanlar və gecə yatarkən telefonlarını yatdıqları yerdən yalnız bir neçə santimetr aralıda tutanlardır. Nəsil artımının azalmasının mobil telefondan istifadənin artması ilə əlaqələndirilməsində düzgün məna var”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR