Moskvada qasırğa və tufan: aeroportlar iflic olub – VİDEO

451732Dünən gecə Rusiyanın paytaxtı Moskvada güclü qasırğa və tufan olub. Az sonra leysan yağışı başlayıb, şəhərin bəzi rayonlarına dolu düşüb.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində şəhər küçələrində 400 ağac aşıb, 34 avtomobil əzilib.İldırım vurması və ağacların aşması nəticəsində 7 nəfər xəsarət alıb.
Metereoloqların dediklərinə görə, dünən Moskvaya aylıq normanın 37 faizi qədər yağıntı düşüb. Küləyin sürəti 25 metr/saniyəyə çatıb.

Krımskiy Val səmtində 2 nəfəri elektrik cərəyanı vurub, Nikolyamskaya küçəsində kişinin üstünə ağac düşüb, 3 nəfər Mojaysk rayonunda yaralanıb. Tufan və ildırımlar səbəbindən Moskva metropoliteninin Filevskaya xəttində “Baqrationovskaya” və “Filevskiy Park” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. Səbəb relslərin arasına düşmüş ağac idi.

Moskvadakı “Vnukovo” və “Domodedovo” aeroportlarında isə gərginlik sıçramaları nəticəsində liftlərlə baqaj lentləri dayanıb. Telefon və radio rabitəsində də problemlər yaranıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR