Nazir müavini Orucəli Hacıyevin sement biznesiylə nə əlaqəsi var?

oruceliİyulun 20-də qafqaznews.az saytında “Orucəli Hacıyevin adı Pirşağıda torpaq fırıldağında hallanır – ŞİKAYƏT ” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Qafqaz Xəbər Agentliyinə Bakı şəhər sakini Zöhrab Zülfi oğlu Əliyev bildirib ki, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə yaxınlığı olan Fuad Axundov adlı sahibkar onu və 16 nəfər mülkiyyət sahibini aldadaraq, ümumilikdə 2 hektara yaxın torpaq sahəsini mənimsəyib.

Z.Əliyevin və digər 16 torpaq sahibinin imzası olan ərizədə deyilir: “2010-cu ildə tanışlıq münasibətlərimiz olan “Axund FTKA” şirkətinin sahibi Fuad Kamal oğlu Axundov mənə bildirdi ki, Pirşağı qəsəbəsində böyük torpaq sahəsi əldə etmək istəyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi “Axund FTKA” şirkəti həmin ərazidə kotteclərdən ibarət böyük istirahət kompleksi tikəcək. Pirşağıda, dəniz sahilində mənim dostlarım və qohumlarımın torpaq sahələri var idi. O mə13819753_1739666189626584_400052693_n-kopiyanə təklif etdi ki, onlardan etibarnamə alım və sonra ona satım. Fuad Axundov mənə bildirmişdi ki, bu işdə əsas söz sahibi “ağsaqqal” deyə təqdim etdiyi fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevdir. F.Axundovun sözlərinə görə, bu torpaqların pulunu və tikiləcək istirahət kompleksinin də sərmayəsini Orucəli Hacıyev verəcəkdi. Mən həmin ərazidə hər birinin 0,12 hektar qanuni torpaq sahəsi olan 16 nəfərlə danışaraq, onlardan etibarnamə aldım. Məsələni torpaq sahiblərinə izah etdim”, – deyə Z.Əliyev qeyd edib.

Zöhrab Əliyevin sözlərinə görə, Fuad Axundov daha sonra onu aldadaraq etibarnamələri öz adına keçirib, bir müddət sonra isə bu torpaq sahələrini öz ailə üzvlərinə, oğluna və həyat yoldaşına “sataraq” mənimsəyib. “Həmin ərazidə hələ də tikinti başlamayıb, lakin Fuad Axundov həmin torpaq sahələrini özününküləşdirərək, vətəndaşların dədə-baba torpaqlarını, bağ sahələrini zəbt edib. Mən bu hadisədən sonra dəfələrlə həm Fuad Axundovla, həm də FHN başçısının müavini Orucəli Hacıyevlə görüşməyə çalışdım, lakin cəhdlərim boşa çıxdı. Son nəticə olaraq, mən 16 mülkiyyət sahibinin yanında yalançı çıxdım”, – deyə şikayətçi əlavə edib. FHN-in mətbuat xidməti ilə də əlaqə saxlayaraq, Zöhrab Əliyevin şikayətində Fuad Axundovun Orucəli Hacıyevin adını hallandırmasına dair iddialar barədə məlumat verdik. Az sonra bizə FHN Mətbuat Xidmətindən zəng edərək bildirdilər ki, Orucəli Hacıyev belə adamları tanımır və bu məsələdən xəbərsizdir “Kimlərsə Orucəli Hacıyevin adından istifadə edir”, – deyə FHN-dən bildiriblər (qafqaznews.az).TH27_BU_CEMENT_2323628fs1

Qeyd edək ki, Orucəli Hacıyevin adı müxtəlif KİV-lərdə sement biznesində də hallanır.

Orucəli Hacıyev barəsində ölkə mətbuatında gedən yazılara nəzər salarkən, Dosye.org saytından bu sətirlər diqqəti çəkdi (Dosye.org saytı da bu məlumatı Gundemxeber.az saytına istinadən dərc edib): “Orucəli Hacıyev FHN başçısının müavini təyin olunana qədər onu ölkədə çox az adam tanıyırdı. 90-cı illərin axırlarında bütün respublika üzrə qara metalın topdan alış məntəqələrini quran və 1999-cu ildən 2001-ci ilədək qara metal ixracının monopolisti olan O.Hacıyevin sonradan bu biznes sahəsində işləri nədənsə düz gətirmədi. Çünki həmin zamanlarda ölkədə qara metal idxal və ixracının kurasiyası tam olaraq Paolo Pərvizə həvalə edilmişdi. Qara metal işinin P.Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan O.Hacıyev bir müddət Azərbaycanı tərk etməli olur. Həmin illərdə Ukraynada yaşayan və burada özünə biznes quran O.Hacıyev bu ölkədən Azərbaycan və İrana qara dəmirdən istehsal olunmuş inşaat materialları ixrac edirdi. Nəhayət, 2006-cı ildə yenidən Azərbaycana qayıdan O.Hacıyev yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Belə ki, O.Hacıyev qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar tam mənada inhisara almağa başladı.

Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir. Məlumatlı şəxsin bildirdiyinə görə, ofisdə oturanlar isə O.Hacıyevin yaxın qohumlarıdır. Qeyd edək ki, respublikaya ayda 50 min ton sement idxal edən “Babək-97” firmasının əlavə müştəriyə ehtiyacı yoxdu. Firmanın ölkəyə gətirdiyi bütün sementlər dövlətin maliyyələşdirdiyi tikintilərdə – ölkənin müxtəlif bölgələrində baş vermiş fövqəladə hallar zamanı həyata keçirilən inşaatlarda istifadə olunur. Ölkəyə gətirilən sementin markasını və keyfiyyət rəyini də elə FHN-nin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstəm Bağırov verir.

Yazının bu yerində kiçik bir xatırlatma edək. Bir neçə il əvvəl bir sahibkar Gürcüstandan ölkəmizdə 3 vaqon “Evro-sement” idxal edir. Ağstafa dəmiryol stansiyasına gətirilən mallar Tovuz Gömrük İdarəsinin icraatına düşür. İdarənin rəisi Vəzir Həsənov Həcc ziyarətində olsa da, həmin ərəfələrdə sahibkara dəfələrlə yalan vədlər verir, onun gətirdiyi sementi ölkəyə buraxacaqlarını bildirir. Özü isə əl altdan işçilərinə tapşırır ki, 500 marka “Euro-sement”in nümunələrini S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərsinlər. İnstitutun direktoru Rüstəm Bağırov isə rəhbəri – O.Hacıye1464170277_sement_000vin tapşırığı ilə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən 3 vaqon 500 marka “Euro-sement” əslində sement yox, eləcə qum imiş. Baxmayaraq ki, həmin 500 marka “Euro-sement” məhsulu “Babək-97” firmasının ölkəyə idxal etdiyi sementlərdən iki dəfə keyfiyyətlidir (dosye.org).

Sement biznesindən və Orucəli Hacıyevdən söz açarkən, “Yeni Müsavat” qəzetinin 22 noyabr 2013-cü il nömrəsində dərc olunan “Fövqəladə hallar nazirinin müavinindən prezidentə şikayət olundu” başlıqlı yazıdakı bəzi məqamlar da diqqəti cəlb edir. 2013-cü ildə intihar edən sahibkar Bəxtiyar Məmmədovun həyat yoldaşı Arzu Salmanova prezident İlham Əliyevə müraciət etmiş və onun müraciətini “Yeni Müsavat” qəzeti də yayımlamışdı. Həmin müraciətdən bu sətirləri də oxuculara təqdim edirik: “Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından yalan vədlər verərək həyat yoldaşım Bəxtiyar Məmmədovu klinker (sement istehsalı üçün xammal – E.M.) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib. Bəxtiyarın Orucəli Hacıyevlə şəxsən görüşdüyünü bildirməsi və onun nazir müavini olaraq yüksək vəzifəli dövlət məmuru olması Bəxtiyarın və mənim Sunaya inanmağımıza və aldanmağımıza səbəb olub. Sunay Əliyev 2011-2012-ci illərdə respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyərək klinker alqı-satqısının həyat yoldaşıma veriləcəyi vədi ilə aldatmışdır. Özünün və mənim aldadılaraq müflis vəziyyətinə salınmağımıza, ona qarşı edilən haqsızlıqlara dözməyən Bəxtiyar Məmmədov böyük borclar altında qalaraq 10 aprel 2013-cü ildə özünü güllə ilə vuraraq intihar etmişdir. Nəticədə oğlumoruceli-haciyevuz 2 aylığından atasız qalıb.

Lakin mənim faciəm davam edir. Sunay Əliyev məni də aldatmağa nail olub. O, mənim iş yerimə dəfələrlə gələrək dayısı ilə danışdığına, bu işin Bəxtiyara verilməsi üçün 1 milyon manat tələb olunduğuna məni də inandırıb. B. Məmmədovun böyük borclarla çıxılmaz vəziyyətdə, intihar həddində olduğunu görüb, qohum və tanışlardan borc alaraq Sunay Əliyevə 1 milyon manat verdim. Lakin bütün bunların məndən və Bəxtiyardan pul qoparmaq üçün bir hiylə olduğunu sonra başa düşdüm. Bu insanlar cəzasızlıqlarına o qədər arxayındırlar ki, hətta Sunayın qardaşı İlqar Əliyev məni dəfələrlə ölümlə hədələyib.

Hörmətli Prezident! Mən bu gün 3 azyaşlı uşaqla böyük təzyiqlərlə 1 milyon manatdan artıq pulun qaytarılması tələbi qarşısında qalmışam. Bu, tək mənim faciəm deyil, onadək ailəyə vurulmuş maddi və mənəvi ziyandır. Bu ailələr səbirsizliklə Sizin köməyinizlə bu işin ədalətlə həll olunacağını və pullarının geri qaytarılacağını gözləyirlər” (musavat.com). Görünür ki, bu və digər məlumatlarda Orucəli Hacıyevin adı birbaşa olaraq torpaq sahələrinin zəbtində, eləcə də sement biznesində hallanır. Bizə də maraqlı gəlir, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin sement biznesiylə nə əlaqəsi var ? Ümumiyyətlə, bu və digər iddialarla bağlı hörməli nazir müavininin də münasibətini öyrənmək faydalı olardı. Araşdırmamız davam edir.

Sənan Məmmədli

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR