Özündən 15 yaş böyük qonşusunu bıçaqladı – vəziyyəti ağırdır

qusqaraGöygöldə gənc özündən 15 yaş böyük qonşusunu bıçaqladı

Kəpəz TV (Region TV) xəbər verir ki, Göygöl rayonunun Quşqara kəndində bıçaqlanma hadisəsi baş verib. Kənd sakini 43 yaşlı Rabil Abbasov bədənin müxtəlif nahiyyələrindən bıçaq zərbəsi alıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir. Göygöl Rayon Polis Şöbəsindən verilən məlumata görə, Rabil Abbasovu şəxsi münasibətlər zəminində qonşusu 18 yaşlı Ramiz Mehtizadə bıçaqlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Mehtizadə saxlanılıb. Polisdən o da bildirilib ki, 23 avqust 1998-ci il təvəllüdlü Ramiz Mehtizadə yetkinlik yaşına çatmayan şəxs kimi nəzarətə götürülüb. Hələlik qanlı olayın motivi məlum deyil.

Həkim Bəxtiyar Əliyevin sözlərinə görə, xəstə qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, daxili qanaxma ilə daxil olub: Təxirəsalınmaz əməliyyat aparılıb. Bu zaman köndələn bağırsağı və mədə tikilib. Hal-hazırda xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Müalicə və müayinələr reanimasiya şöbəsində davam etdirilir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR