PKK Türkiyə ordusunun bazasına hücum etdi

o-pkk-withdrawal-turkey-facebookTürkiyənin Hakkari bölgəsində PKK yaraqlıları silahlı qüvvələrin bazasına 3 istiqamətdən eyni vaxtda hücum ediblər.

Qafqaznews.az  virtualaz.org-a istinadən bildirir ki, bu zaman baş verən döyüşlərdə 35 PKK yaraqlısı öldürülüb. Türkiyə ordusu da itki verib. “Reuters”ə məlumat verən hərbi mənbə deyib ki, yaraqlıların hücumunun qarşısını aviasiya dəstəyinin sayəsində almaq mümkün olub. Hava zərbələri nəticəsində 23 yaraqlı öldürülüb, 4-ü isə yerüstü əməliyyatlar zamanı məhv edilib. Daha 8 PKK-çı isə Türkiyə əsgərlərinin təqibi qarşısında geri çəkilərkən öldürülüb. Türkiyə ordusundan 25 hərbçinin yaralandığı bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR