“Qəbələ” Gürcüstan klubunu darmadağın etdi – VİDEO

13521872_1168793619830006_6369652232620222644_nTeo Uiks het-trikə imza atıb.

“Qəbələ” klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Bakcell Arena”da  Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, oyun Roman Qriqorçukun yetirmələrinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1.

“Qəbələ”nin heyətində Teo Uiks het-trikə imza atıb (30, 69 və 72-ci dəq.). Hərəyə bir dəfə isə Voyslav Stankoviç (16 dəq.) və Sergey Zenyov fərqləniblər (19 dəq.).

Qonaqların heyətində təsəlli qolunu matçın 59-cu dəqiqəsində Laşa Şerqelaşvili vurub.

Cavab qarşılaşması bir həftə sonra, iyulun 7-də, Gürcüstanda keçiriləcək.

“Qəbələ” cavab görüşündən sərfəli nəticə ilə dönərsə “Aktobe” (Qazaxıstan) – “Budapeşt” (Macarıstan) cütlüyünün qalibi ilə qarşılaşacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR