Qafqaz Xəbər Agentliyi “Yeni Bakı” ilə bağlı ittihamlara cavab verdi – REAKSİYA + CAVAB

yeni baku“İlin Dörd Fəsli” MMC-nin “qaralama” məktubunda Qafqaz Xəbər Agentliyi qərəzli yanaşmada ittiham olunur

“Iyulun 15-də sizin saytda “Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi” adlı məqalənizdə verilən məlumatlar tamamilə yanlışdır və qərəzli mövqedən yazıldığını sizin nəzərinizə çatdırırıq”.

Bu sözlər iyulun 16-da Qafqaznews.az saytının elektron ünvanına [email protected] adlı “email”dən gələn “qaralama”da yazılıb.“Qaralama”nın korporativ ünvandan gəldiyi aydındır, lakin heç bir firma blankında olmayan, sonda təkzib müəllifinin vəzifəsi, imzası və ya əlaqə nömrələri qeyd olunmayan məktubda aşağıdakı tələb yer alır: “Bizim mövqemizi işıqlandırmağınızı tələb edirik. Bütün lazımi sənədlərin elektron variantını və hadisənin təffərrüatlarını sizə yazılı şəkildə göndərə bilərik”.

Sənədlər də göndərilmir, təfərrüatlar barədə də əlavə heç bir şey yazılmır, lakin elektron ünvanımıza gələn növbəti qısa məktubda bizə qarşı daha yeni bir tələb yer alır: ərizə ilə onlara müraciət etmək və fərdi qaydada ofisdə onlarla müzakirə aparmaq.18031312045052

Həmçinin, Qafqaz Xəbər Agentliyi vəzifəsi bilinməyən “İlin Dörd Fəsli” MMC nümayəndəsi tərəfindən “şirkətin imicinə xələl gətirən məqalələr yazmağa üstünlük verməkdə” ittiham olunur.

“Məqalədə göstərilən “nöqsanların” heç bir əsası yoxdur və bunu müvafiq orqanlar təsdiq ediblər və edə bilərlər. Bu da  bir daha sizin məqalədə göstərilən problemlərin həlli yox, şirkətin işgüzar nüfuzuna və repurtasiyasına xələl gətirmək olduğunu göstərir. Əgər sizi doğrudan da konstruksiyanın möhkəmliyi və davamlılığı narahat edirdisə, siz “komendantlığa” deyil, satış menecerinə deyil. Birbaşa ofisə, tikinti şöbəsinə müraciət etməli və sizi narahat edən suallara cavab almalı idiniz”, – deyə “qaralama”da bildirilir.“İlin Dörd Fəsli” MMC-nin ittiham dolu “qaralama” məktubunu dərc etdik. Lakin eyni zamanda, Qafqaz Xəbər Agentliyinin aprel ayından bəri cavab ala bilmədiyi sualları açıq məktub şəklində adıkeçən şirkətə və ictimaiyyətə təqdim edirik.

13730473_265311307175603_576447479_o

Hörmətli “İlin Dörd Fəsli” MMC rəhbərliyi!

Əvvəla, Sizin nəzərinizə çatdırırıq ki, Qafqaz Xəbər Agentliyi öz xəbər siyasətində qərəzli və böhtanlı yanaşmanı birmənalı şəkildə rədd edir, daim qarşı tərəfin mövqeyini işıqlandırmağa çalışır. “KİV haqqında” Qanunun tələblərinə görə, Sizin bizi böhtanda və qərəzli yanaşmada ittiham etdiyiniz “qaralama”dakı fikirləri belə saytlarımızda dərc edirik, lakin bu məktubda informasiya yükü az olduğuna görə, şirkətinizin daha geniş, daha ətraflı, rəsmi məktubunu da almaq (mətnin sonunda bizə cavab verən şəxsin adının və vəzifəsinin də yazılması şərti ilə), öz saytlarımızda ölkə ictimaiyyətinə təqdim etmək istərdik.13695677_265311303842270_2010637263_n

Xatırladaq ki, “Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi” başlıqlı məqalə Qafqaz Xəbər Agentliyinin nəzdindəki LEGİON.AZ saytının araşdırmasıdır və bu yazı ilə bağlı hər hansı təkzib və ya etiraz fikri əvvəlcə [email protected] ünvanına göndərilməli idi . Lakin Qafqaz Xəbər Agentliyi olaraq, Qafqaznews.az-ın elektron ünvanına gələn bu məktubu nəzarətə götürdük, LEGİON.AZ rəhbərliyi və yazı müəllifi Rüfət Əhmədzadənin də diqqətinə çatdırdıq.

Əgər “bu və digər fikirlərimizin yalan olduğu barədə” tərəfinizdən məhkəmə iddiası qaldırılarsa, həmin vaxtlarda etdiyimiz telefon zənglərinə dair çıxarışı, eyni zamanda danışdığımız şirkət nümayəndələrinin səs yazılarını müvafiq instansiyalara təqdim edə bilərik.13639576_261494477557286_1900199258_o-768x302

Nə şirkətin rəhbəri Elnur Hüseynovla, nə də “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram Yusifovla şəxsi qərəzimiz olmadığını bir daha vurğulayırıq.  Son yazılarda “Yeni Bakı”dakı binaların qəza vəziyyətində olması (və yaxud olmaması), çökməsi  (və ya çökməməsi) ilə bağlı məqamlarda da redaksiya mövqeyi irəli sürməmişik, sadəcə sakinlərin şikayətini və Abşeronun baş memarı Akif Əliyevin fikirlərini işıqlandırmışıq.

Bizim əməkdaş bundan əvvəl də dəfələrlə sizin ofis nömrələrinizə zəng edib, lakin ona cavab verən olmayıb. Əməkdaşımızın rəsmi saytınızda tapıb əlaqə saxladığı nömrələr isə satış menecerlərinin (Altay Zeynalov və soyadını bildirməyən Zamiq adlı menecer) istifadəsində olub və onu müvafiq şəxslərlə əlaqələndirməyiblər, yaxud nömrə verməyiblər. Açıqlamaları isə təhrif etmədən dərc etmişik.

Sakinlərin Qafqaz Xəbər Agentliyinə etdikləri müraciətlər əsasında (ərizəli müraciət də daxil olmaqla) hazırladığımız bu suallara cavab verməyinizi və üç iş günü ərzində bizə öz mövqeyinizi göndərməyinizi xahiş edirik. Son yazı  “Yeni Bakı”dakı problemlərlə bağlı ilk məsələ olmadığına görə, şirkət rəhbərliyinin “Yeni Bakı” ilə bağlı digər məsələlərə də münasibəti bizim üçün önəmlidir. Əgər Qafqaz Xəbər Agentliyinin xəbər siyasətindən narazı olduğunuz məqamlar varsa, məhkəməyə müraciət etmək hüququnuz olduğunu Sizə bir daha xatırlatmaq istərdik.

Aşağıdakı sualları Sizə təqdim edirik:

1. “Yeni Bakı”nın komendantı Ehtiram Yusifovdan mərkəzi ofisə şikayət edən sakinlər dinlənilibmi və hansısa araşdırma aparılıbmı? Və ya aparılacaqmı?

2. Sakinlərin kommunal ödənişlərlə bağlı tələb və xahişləri nəzərə alınacaqmı?

3. Hansı binaların istismara qəbul aktı var və niyə sakinlər çıxarışla təmin olunmur?

4. Öyrəndiyimizə görə, sakinlərə kommunal ödənişlə və digər xidmətlərlə bağlı verilən qəbzlərdə VÖEN nömrəsi qeyd olunmur və bu vergidən yayınma deyilmi?

5. Binalarda qəza vəziyyətinin qarşısı alınması üçün hansı tədbirlər görülür və ya görüləcək? Ciddi qəza vəziyyəti barədə şübhələr təsdiqlənərsə, sakinlərə kompensasiya veriləcəkmi?

6. “Yeni Bakı”nın inşaatı zamanı gərəkli mühəndisi-geoloji işlər aparılıbmı və müvafiq qurumlardan rəy alınıbmı? Mümkünsə, o sənədlərin tarixini və imzalayan rəsmilərin adlarını da yazardınız və surətini elektron versiyada göndərərdiniz.

7. Jurnalist Rüfət Əhmədzadənin üstünə qışqıran Zamiq adlı satış menecerinizə azacıq da olsa xəbərdarlıq edəcəksinizmi?

8. Abşeron RİH-in Tikinti və Memarlıq Şöbəsinin müdiri Akif Əliyevin fikirlərinə dair şəxsən özünə etiraz bildirdinizmi? Yaxud agentliyimiz vasitəsilə bu fikirlərə təkzibiniz varmı?

9. Saytlarımızda yayımlanan foto və videolara dair bir şərhiniz varsa belə, onu da bizə yazılı surətdə bildirə bilərsiniz.

 Hörmətlə,

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyinin direktoru

Mövzuya aid linklər:
http://qafqaznews.az/2016/07/abseronun-bas-memari-yeni-baki-da-binalarin-cokm-sini-t-sdiql-di-arasdirma-foto-video/

http://legion.az/9503–yeni-bak%C4%B1da-m%C9%99nzil-m%C3%BClkiyy%C9%99t%C3%A7il%C9%99ri-ramiz-mehdiyev%C9%99-m%C3%BCraci%C9%99t-etdil%C9%99r-m%C6%8Ftn.html

http://qafqaznews.az/2016/06/yeni-baki-sakinl-ri-dovl-t-bascisina-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-isiqsiz-qalan-sakinl-r-alternativ-enerji-axtarirlar-video/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-qalmaqal-dusdu-sakin-ozunu-yandirmaq-ist-di/
http://qafqaznews.az/2016/05/az-risiq-dovl-t-bascisinin-f-rmanina-qarsi-gedir/
http://qafqaznews.az/2016/04/yeni-baki-massivinin-sakinl-ri-ozbasinaliq-v-kobudluqdan-sikay-t-edir-video/
http://qafqaznews.az/2016/04/az-risiq-dan-yeni-baki-sakinl-rin-q-rib-cavab-gedin-prezident-sikay-t-edin/

 


13695677_265311303842270_2010637263_n 13730473_265311307175603_576447479_o

13649697_261494470890620_440726887_n 13646838_261494474223953_1538936776_o 13644320_261494467557287_2064491078_n 13639576_261494477557286_1900199258_o 13650449_261494464223954_313269621_n 13616424_261494480890619_501208702_o 13664345_261503720889695_870250897_n
13616424_261494480890619_501208702_o

 


 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR