“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb-VİDEO

a2eaa9cf-92c1-4b6e-b258-2ce79bb7a43aAzərbaycanı Çempionlar Liqası turnirində təmsil edən Ağdamın “Qarabağ” klubu turnirin III təsnifat mərhələsinə vəsiqə qazanıb

“Report” xəbər verir ki, II təsnifat mərhələsində mübarizə aparan Ağdam klubu bu gün Lüksemburqun “Düdelanj” klubu ilə səfər matçına çıxıb.

Görüşdə hesab 71-ci dəqiqədə “Düdelanj”ın futbolçusu Momar N’Diaye tərəfindən açılıb – 1:0. Məğlubiyyətlə barışmayan Ağdam klubu oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Almeydanın qolu ilə hesabda bərabərlik yaradıb – 1:1.

Bakıda keçirilən ilk qarşılaşma 2:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatdığından (ümumi hesab 3:1) mərhələ adlayan Azərbaycan klubu olub. “Qarabağ” bu mərhələdə Çüxiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR