“Qarabağ” “Düdelanj”a qarşı

453375Bu gün Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçiriləcək.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi “Qarabağ” Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionunun mərhələ adlamaq şansı daha çoxdu.

Meydan sahiblərinin “ağ-qaralar”ı dayandıracağı inandırıcı görünmür. Belə ki, təmsilçimizi heç-heçə və minimal hesablı məğlubiyyət də qane edir. Hətta 1 və daha artıq qol vuracağı halda, 2 top fərqli məğlubiyyət də qonaqların işinə yarayacaq.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Viktoriya” (Plzen) ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul

20:00. “Düdelanj” – “Qarabağ”
Baş hakim: Kevin Klansi
Baş hakimin köməkçiləri: Stüart Stevenson, Sin Karr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Düdelanj. “Yos Nosbaum” stadionu

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR