Qarpızdan zəhərlənməmək üçün bunları bilməlisiniz (VİDEO )

q1“Soyuducuda saxlamaq olmaz”
Zəhərlənmə baş verdikdə nə etmək lazımdır?
Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Qarpızın yetişməsini və keyfiyyətini müəyyən etməyin bir sıra üsulları var. Yetişmiş qarpızın saplağı quruyur, meyvənin növə məxsus naxışı tam aydınlaşır. Satıcılar bildirir ki, keyfiyyətli qarpız bütov, zədəsiz və quru saplaqlı olmalıdır.
Anar Mürsəliyev – satıcı: “Qarpızın içi çox sulanmamalıdır. Çox sulanırsa, deməli, köhnədir.  Qarpızı aldın, gərək yeyəsən. Soyuducuda çox saxlamaq olmaz. Zəhərlənmələrin çoxu ondan olur”.
Bu bostan bitkiləri ya yeməkdən 1 saat əvvəl, ya da 1 saat sonra yeyilməlidir. Qarpız kəsilməzdən əvvəl mütləq yuyulmalıdır. İçindəki zolaqlar sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu, məhsulun tərkibində kimyəvi maddələrin çox olmasından irəli gəlir.
Həkim-toksikoloq Nazir Adilovun sözlərinə görə, qarpızdan zəhərlənmə hallarına daha çox azyaşlılar və yaşlı nəslin nümayəndələri arasında rast gəlinir. Bu da orqanizmin immunitetinin zəif olması ilə bağlıdır.
 
Nazir Adilov – həkim-toksikoloq: “Köhnə qarpız müəyyən müddət qalır istinin altında və öz funksiyalarını itirir. Nəticədə, zəhərlənmə əlamətləri meydana çıxır. Yüngül xörəklər yeyilməli, maye qəbul olunmalıdır. Kompot içsinlər, turş meyvələr yesinlər”.
Qarpız zəhərlənməsinin ilkin əlamətləri yüksək temperatur, ishal, halsızlıq və iştahsızlıqdır. Bu hallarla rastlaşanlara ilk olaraq, çoxlu miqdarda maye qəbul etmək tövsiyyə olunur. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR