Qızıl son altı ayda 24 faiz bahalaşdı – VİDEO – FOTO

q1Dünya birjalarında qızılın bahalaşması yerli bazarlara da təsir göstərib.

EL TV (Region TV) xəbər verir ki, Bərdə rayonunda qızıl satışı ilə məşğul olanlar hazırda Rusiya istehsalı olan 583 və 585 əyarlı qızılın 1 qramını 38 manata alıb 42 manata satdıqlarını, Italiya və Türkiyə istehsalı olan 750 əyarlı qızılı  45-50 manata alıb, 55- 60 manata satdıqlarını deyirlər.

Qızıl alanların sayının isə az olduğunu bildirilir. “İtaliya və rusiya qızılını əvvəllər 1300-1500 manata satırdıq, indi hardasa 2 min manata satırıq” – deyə satıcı Ramil Abbasov bildirir. Satıcı Saleh Həsənov isə deyir ki, həmişə orucluq ayının son günlərində alıcı sayı artırdı, amma indi müştəri yoxdur. Mütəxəsislər isə deyirlər ki, son altı ayda qızıl 24 faiz bahalaşıb. Prosesin ilin sonunadək davam edəcək.

q2

q4

q5

q6

q7

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR