Qasırğa təhlükəsi ucbatından toya gəlməyən 300 qonaq gənc cütlüyün xoşbəxtliyinə mane ola bilməyib
Çində çağırılan qonaqların heç birinin gəlmədiyi toy dünya mətbuatı və sosial şəbəkə istifadəçilərinin sonsuz marağına səbəb olub.
Qasırğa təhlükəsi ucbatından toya gəlməyən 300 qonaq gənc cütlüyün xoşbəxtliyinə mane ola bilməyib.
Verilən məlumata görə, toyda cütlüyün ən yaxın adamları olmaqla cəmi 10 dəvətli iştirak edib. Bunla belə, az qala qonaqsız keçən toy xəbəri sosial şəbəkələrdə minlərlə bəyənməylə mükafatlandırılıb.