Qonşusunu müdafiə edən qardaşını bıçaqladı – “Öldürürdü məni” (VİDEO)

qb1“Üstümə hücum çəkdi, əlimdəki bıçağa girdi”

“Dedim ki, utanmırsan, söydüyün bəs deyil, qapımda oturmusan”

İki qardaş arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib.Hadisə Abşeron rayonunda baş verib.

Abşeron rayonu Qobu qəsəbə sakini 39 yaşlı Kamran Əlicanov qardaşı Qılmanı bıçaqlayıb. Polisin yaxalayaraq Abşeron Rayon Polis İdarəsinə gətirdiyi Kamran Əlicanov istintaqa verdiyi ifadəsində bildirib ki, 20 il məhkumluq həyatı yaşamış qardaşı Qılmanla küsülü olub. İki gün əvvəl məhəllələrində yaşayan qonşu ilə mübahisəsi düşüb. Mübahisə etdiyi adamın Qılmanla birlikdə onun qapısının qarşısında oturduğunu görüb.

Kamran Əlicanov – saxlanılan şəxs: “Qonşuya dedim ki, utanmırsan, yekə cayılsan özü də. Söydüyün bəs deyil, gəlib qapımda, doğmamla oturmusan. O sözə görə qardaşım coşdu, dedi ki, əcəb edir. Qonşunu müdafiə etməyə başladı. Onu “zaşyat” elədi”. Başladı məni döyməyə. Doğma anam şahiddir. 10 gün bundan qabaq anamla dalaşıblar. Anamın ərizəsi də elə burdadır”.

Qonşunu müdafiə edən Qılman beli götürərək qardaşı Kamranın üstünə gəlib. Kamran özünü müdafiə etmək üçün bıçağa əl atdığını deyir:

“Bıçağı çıxartdım ki, özümü qoruyum, öldürürdü məni. Ana, böyük, valideyn saymır bu adam. Mən də qorxuram, narkoman olub bu. Üstümə hücum çəkdi, bıçaq girdi ona. Mən özümü qorumaq üçün bıçağı çıxarıb əlimdə tutumuşdum sadəcə”.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR