Ronaldonun adı hava limanına verildi

254137Madeyra adasının hava limanı ulduz futbolçunun adını daşıyacaq.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, söhbət Madrid “Real”ının və Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldodan gedir. Bu barədə Madeyra Regional Hökumətinin sədri Migel Albukerke məlumat verib. O bildirib ki, Ronaldo Madeyranın şəhəri olan Funşalda anadan olduğundan bu addımı atmağa qərar verilib.

Qeyd edək ki, Ronaldo dünən doğma şəhəri olan Funşala səfər edərək, yeni inşa olunan 5 ulduzlu otelinin açılışına qatılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR