Rusiyada baş vermiş yanğın zamanı 9 nəfər ölüb

18bbe065-fc7f-430c-baa6-20013d33039b_292Rusiyanın Yamal yarımadasında baş vermiş yanğın zamanı 9 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Lapıtnanqinin Kiyev mikrorayonunda yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb.Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 9-u həlak olub. Ölənlərdən 2-i uşaqlardır.Xəsarət alımış bir nəfər isə xəstəxanaya yerləşdirilib.Yanğın baş vermiş binadan 2-i uşaq olmaqla ümumilikdə 23 nəfər təxliyə edilib.Faktla əlaqədar cinayət işi qaldırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR