Rusiyada pilotsuz avtobus yaradıldı – DÜNYADA İLK

6708d89b3cc324ccf9e090f81db613c2Hazırda iki belə pilotsuz avtobus mövcuddur. Onlardan biri “Skolkovo”da test sınaqlarını keçməkdədir.

Özü idarəolunan avtobusun tərtibatçıları bildirib ki, yaxın bir neçə həftə ərzində daha üç belə növ “Volgabus” istehsal ediləcək. Avtomobil istehsalı müəssisəsinin mühəndis və proqramçıları layihə üzərində iki il müddətində işləyiblər. Maşının bütün komplekt və avadanlıqları tam olaraq yerli istehsaldan ibarət olacaq.

Məlum olub ki, pilotsuz avtobuslar 2018-ci ildən başlayaraq Moskvada fəaliyyətə başlayacaq. Bu barədə Moskvada keçirilən Urbanistik Forumda çıxışı zamanı baş nazirin müavini Arkadi Dvorkoviç bildirib. Onun sözlərinə görə, bu avtobuslar 2018-ci ildə Moskvada keçiriləcək futbol üzrə dünya çempionatı çərçivəsində sərnişinləri daşıyacaq.

post-869-0-69656200-1442170698 d3d3LmtvbGVzYS5ydS91cGxvYWRzLzIwMTYvMDYvYWM5MzIyX2ZiNGM4MjBhNTA1ZjRhNzI5MzdlOGE3YWEwZDhkZWNhLmpwZz9fX2lkPTc5Njg4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR