Rusiyanın ən böyük adamı uşaq verilişinin aparıcısı olacaq

451773Rusiya dövlət dumasının deputatı, yaxın keçmişdə rinqdə böyük uğurlar qazanmış, peşəkar boksçular arasında dünya çempionu tituluna yiyələnmiş Nikolay Valuyev gələn aydan Sovetlər Birliyi dönəmindən tanıdığımız və sevdiyimiz,  əfsanəvi “Spokoynoy noçi, malışi” verilişinin aparıcısı olacaq.

Milli.Az atv.az-a istinadən bildirir ki, bu barədə açıqlamanı Valuyev özü verib.

“Belə bir təklifdən imtina edə bilməzdim, axı mən özüm də uşaq vaxtlarımda bu verilişi çox sevmişəm”, – deyən Nikolay artıq dörd verilişin çəkildiyini və avqust ayında efirə gedəcəyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR