Səddam Hüseynin romanı İngiltərədə çap olunur

img2136105İraqın keçmiş lideri Səddam Hüseynin yazdığı bir roman ingilis dilinə tərcümə olunur
Axar.az “Qardian”a istinadən xəbər verir ki, roman 2003-cü ildə başlanan İraq müharibəsindən öncə yazılıb.
1500 il əvvəl Fərat çayı sahilində yaşayan bir qəbilənin işğalçı qüvvələr tərəfindən doğma torpaqlarından qovulmasından bəhs edən kitab daha öncə “Rədd ol şeytan” adı ilə fərqli dillərə tərcümə olunub. Ancaq kitabın ingilis dilində adının nə olacağı mövzusunda nəşriyyat açıqlama verməyib.
Xatırladaq ki, Səddam Hüseyn “Yazar” təxəllüsü ilə 2000-ci ildə “Zabibah və Kral”, “Gücləndirilmiş qala” və “İnsanlar və şəhər” adlı üç roman yazıb. İraq müharibəsindən əvvəl Səddamın kitabları məktəblərdə tədris edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR