Səhiyyə Nazirliyi əvvəl qeydiyyata alır, sonra ləğv edir

nazirlikİyulun 25-də Səhiyyə Nazirliyi “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox” adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyaların aşkar olunması səbəbi ilə dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib (APA).

“Sahibkarlar ölkəyə dərman gətirirlər, sonra isə Səhiyyə Nazirliyinə qeydiyyat üçün müraciət edirlər.  Səhiyyə Nazirliyi isə öz növbəsində ekspertiza aparır və bundan sonra dərman dövlət qeydiyyatından keçir”, – bu sözləri Kavkaznews.az saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.eyyub

Onun sözlərinə görə, məhz ekspertiza zamanı müəyyən olunmalıdır ki, müəyyən dərman insan sağlamlığında allergiya reaksiyası yaradır ya yox. O qeyd edib ki, bu yaxınlarda bioloji əlavələr olan iki preparatın satışına qadağa qoyulması üçün Səhiyyə Nazirliyinə müraciət edib.

“İnternet resurslarında bildirilir ki, guya bu preparatlar qanda şəkərin miqdarını azaldır, amma əslində belə deyil. Təəssüf ki, Səhiyyə Nazirliyi mənim müraciətimə reaksiya vermədi”,- deyə E.Hüseynov vurğulayıb.406562572

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ekspertiza zamanı Macarıstanın «EGİS Pharmaceutical PLC» şirkəti tərəfindən istehsal olunan “Bioparoks” preparatının allergik reaksiya yaratdığını görməmişdimi?

Biz suallarımıza cavab almaq üçün Səhiyyə Nazirliyinin aidiyyatı olan strukturları ilə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı. Adını demək istəməyən Səhiyyə Nazirliyinin əməkdaşı Kavkaznews.az-a bildirib ki,  dövlət qeydiyyatı zamanı bu preparatla bağlı sənədlər yoxlanılır.

“Bir neçə qutu dərman analizlər üçün götürülür. Sonra analitik vərəqə hazırlanır və onun əsasında dövlət qeydiyyatı aparılır”, – deyə nazirlik əməkdaşı qeyd edib. “Bəs analizlər zamanı bu preparatın allergik xüsusiyyətləri yoxlanılmayıb”, – deyə soruşduq. “Allergik xüsusiyyətlər zamanla ortaya çıxa bilər”, — deyə Səhiyyə Nazirliyinin əməkdaşı cavab verib.

Çingiz Rüstəmoğlu

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR