Şabranda güclü yanğın – 300 ha sahə yandı – VİDEO – FOTO

3Şabran rayonunda geniş ərazini əhatə edən yanğın hadisəsi baş verib.

RTV (Region TV) xəbər verir ki, bu gün saat 11 radələrində Gəndov kəndi ərazisində biçilmiş taxıl zəmilərində başlayan yanğın 500 hektara yaxın sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yaxınlığdakı üzüm plantasiyaları yanğından mühafizə olunub.

Havanın küləkli olması alovun qısa müddətdə daha geniş əraziyə yayılmasına səbəb olub.

Ancaq buna baxmayaraq, Şabran rayonunda başlayan güclü yanğın söndürülüb. Yanğın zamanı Gəndob kənd bələdiyyəsinə məxsus 40 hektar biçilmiş taxıl sahəsi və 260 hektar ərazidə quru kol-kos yanıb. Yanğının söndürülməsü üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yaxınlıqdakı fermalar və üzüm bağları yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

7

4

5

6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR