Şabranda güclü yanğın başladı

600@0İki kəndin əkin sahəsi yanaraq külə döndü

Şabran rayonunun şimal bölgəsində güclü yanğın başlayıb. ANS PRESS-in məlumatına görə, rayonun dağlıq Gəndob kəndinin yuxarı hissəsində yerləşən Ləcədi və Leyti kəndləri ərazisinin xeyli sahəsinin yanmasına səbəb güclü isti küləyin olmasıdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə hissəsindən 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülməsinə güclü külək mane olsa da nazirliyin işçiləri yanğının söndürülməsinə çalışırlar.

Şabran dövlət yanğından mühafizə hissəsinin növbə rəisi Ceyhun Şəfaqətovun verdiyi məlumata görə, yanğın təxminən 500 hektar əkin, kolluq sahəsini əhatə edir. Məlumata görə, yanğının qarşısı alınmaq üzrədir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR