Şimali Marian adaları yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib

8752258fdefe909a53e7795608807090Şimali Marian adaları yaxınlığında, Sakit okeanda 7,7 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Aqrihan adasından 32 km cənub-şərqdə, ocağı isə 188 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər, həmçinin sunami təhlükəsi barədə məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR