“Şkendiya”nın aparıcı oyunçusu: “Neftçi” ilə matçda şanslar bərabərdir”

d0a8cf88-e280-4cda-9dc1-97f1402065e2_292“Neftçi” ilə oyunda diqqətli olmalıyıq. İlk görüşdəki nəticədən yararlanaraq, mərhələ adlamalıyıq

Bu, Makedoniya futbolu adına tarixi fürsətdir”.

“Report”un Skopyeyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, bunu Makedoniya “Şkendiya”sının futbolçusu Ardian Çuçuli deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, ev oyununa çıxsalar da, ehtiyatlı olmalıdırlar, azarkeş amilindən yararlanmaqla öz oyunlarını sərgiləyərək, mərhələ adlamalıdırlar. Aparıcı futbolçu şansların yarıbayarı olduğunu, mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini açıqlayıb.

Qeyd edək ki, iyulun 21-də Skopyedəki II Filipp adına Milli Arenada keçiriləcək “Şkendiya” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ötən həftə Bakıda keçirilən ilk qarşılaşmada hesab açılmayıb. “Neftçi”ni cavab görüşündə istənilən hesablı qollu heç-heçə də qane edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR