Təhsil Nazirliyində görüş keçirildi-FOTO

imagesGörüşdə maarifçi birliklərin informasiya görüşlərinin Bakıda və bölgələrdə keçirilməsinin vacibliyi vurğulandı

İyulun 4-də Təhsil Nazirliyində Maarifçi QHT-lərlə Açıq Hökumət-in təşviqinə dair İnformasiya görüşü keçirildi. Təhsil Nazirliyinin QHT-lərlə İnformasiya görüşündə Maarifçi vətəndaş birlikləri nazirliyin Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərancamının icrası haqqında məlumatlandırıldılar.

Tədbirdə “Elektron hökumət” portalının imkanları və istifadəsi, Təhsil Nazirliyinin Qəbul Portalı (qebul. edu.az), Elektron dərslik portalı (E-derslik.edu.az), Təhsil Nazirliyinin həyata keçirdiyi elektron xidmətləri və Müəlllimlərin yerdəyişməsi və işə qəbulu (www.miq.edu.az) ilə bağlı elektron bazası və digər mövzularda təqdimatlar edildi, müzakirələr aparıldı.

İnformasiya görüşündə iştirak edən Maarifçi birlikləri Təhsil Nazirliyi tərəfindən yaradılmış elektron resursların ictimaiyyət üçün faydalı olduqlarını qeyd edərək, bu təhsil resursların daha da təkmilləşdirilməsi, müraciət edənlərlə sorğuların nəticələri ilə bağlı interaktiv mübadiləsinin təmin olunması üçün xüsusi bölmələrinin yaradılması, resurslarının məzmununun təhlili və cavablarının daha dəqiq və nəticəyönümlü olması, onları istifadə edən şagird, tələbə, müəllim və valideynlər arasında sosioloji sorğuların keçirilməsi ilə bağlı təkliflər verdilər.

“Maarifçi birliklərin informasiya görüşlərinin Bakıda və bölgələrdə keçirilməsinin vacibliyini vurğuladılar. “Təhsil Nazirliyində Maarifçi QHT-lərlə bu cür İnformasiya görüşünün keçirilməsini yaxşı qiymətləndirirəm. Prezident yanında Dövlət İdarəedicilik Akademiyası da bu sahədə faydalı işlər görür. Vətəndaş birlikləri demokratik cəmiyyətimizin vacib atributlarından biridir. Vətəndaşlara informasiya görüşləri vasitəsilə dövlət proqramları haqqında məlumatların çatdırılması, informasiya mübadiləsinin təşkil edilməsi bütövlükdə insan kapitalının inkişafına xidmət edir. Bu, həmçinin ölkə prezedentinin bu istiqamətdə vətəndaşların rifahı üçün gördüyü işlərə tam uyğundur. Bunların hamısı insanların mədəniyyətinin inkişafına, maarifləndirməsinə və yaradıcılıq potensiallarının istifadə edilməsinə  təkan verir” –  bu fikirləri tədbirdə “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov söylədi.

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin sədri İradə Yaqubovanın fikrincə, tədbir çox maraqlı idi, müzakirələr, təkliflər. “Ümidvaram ki, onlar nəzərə alınacaqlar. Belə görüşlər vacibdir. Bunu görüş iştirakçılarının hamısı dedilər və görüşlərin davamlı olmasını təklif etdilər”, –  deyə İradə xanım Yaqubova dedi.

“Əlil Təşkilatları İttifaqı olaraq belə görüşlərin keçirilməsini vacib və əhəmiyyətli hesab edirik. Öz növbəmizdə bu xidmətlərdən əlilliyi olan istifadəsinin asanlaşdırılması üçün təkliflər təqdim etmişik. Hesab edirik ki, vətəndaş cəmiyyətinin iştirakçılığının, şəffaflığın artırılmasının təmin olunması üçün bu tədbirlər bəhrəsini verəcəkdir. Bu təşəbbüsə görə Təhsil Naziri Mikayıl Cabbarova, institusional inkişaf üzrə koordinatora, Nazirliyin aidiyyatı bölmələrinin əməkdaşlarına minnətdarlığımızı bildiririk”, – bu haqda Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli görüş iştirakçıları ilə  fikir mübadiləsi apararaq dedi.

Çox maraqlı tədbir oldu: müzakirələr, təkliflər. Ümidvaram ki, təkliflər nəzərə alınacaq. Belə görüşlər vacibdir. Bunu görüş iştirakçılarının hamısı dedilər və görüşlərin davamlı olmasını təklif etdilər.Tədbirdə Təhsil Nazirliyinin informasiya şöbəsinin, ictimaiyyətlə əlaqələr sektorunun, təhsilin inkişaf proqramları sektorunun məsul əməkdaşları, “Simurq” Mədəniyyət Assosiasiyasının, Milli QHT Forumun, “Tərəqqi və elmə dəstək” ictimai birliyinin, Təhsil Şurasının, AKTAM, “Yaşlıların təhsili” Assosiasiyasının, Gənclər təşkilatları Milli Şurasının, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (GAAMC), “XXİ əsr” Təhsil mərkəzinin, “Azad Müəllimlər” birliyinin, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin, Əlil təşkilatları ittifaqının və digər təşkilatların nümayəndələri iştirak etmişdirlər.

Elçin Sərdarov

İnstitusional inkişaf üzrə koordinator, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qafqaznews.az

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR