Tanınmış alimin oğlu dələduzluğa görə həbs olundu – FOTOLAR

eminAMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyevin oğlu Emin Quliyev DİN-in BAŞ Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Qafqaznews.az-a zərərçəkmiş Elçin Şahid oğlu Qocayev məlumat verib. Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən E.Qocayev bildirib ki, “İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri Emin Quliyev ondan bir ay əvvəl 14 min ABŞ dolları alaraq, Londonda təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Lakin şikayətçinin sözlərinə görə, 13662496_1035229219876653_1832383067_oEmin Quliyev nə ona vəd etdiyi xidmətləri göstərib, nə də ondan aldığı pulu indiyə kimi qaytarmayıb. “İyulun 11-də biz Emin Quliyevlə onun ofisində görüşdük. O, iyulun 14-nə qədər mənim pulumu geri qaytaracağına dair “dilindən kağız” imzaladı. Həmin bildirişdə Emin Quliyev yazmışdı ki, iyulun 14-dək pulu geri qaytarmasa, dələduzluq etdiyinə dair cinayət məsuliyyətinə cəlb olunacağını dərk edir.

İyulun 12-də vaqif quliyev 2 (1)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən mənə zəng gəldi. Öyrəndim ki, Nailə Əkbər qızı Nəsirova adlı vətəndaşın dələduzluqla bağlı şikayəti üzrə Emin Quliyev MCMİ tərəfindən həbs olunub.16fd94e9-aac8-4102-9c2f-2e6cd6fdca6b MCMİ-nin istintaq şöbəsinin rəis müavini Fikrət Quliyev məsələ ilə maraqlandı və mənə də ərizə ilə şikayət etməyi təklif etdi. Emin Quliyev də orda üzləşdirilərkən, mənim iddialarımı təsdiqlədi. Lakin mənə Emin Quliyevin həbs edilməsindən çox, pulumun təcili qaytarılması maraqlı idi, çünki təhsilimin dalınca, Londona getməliyəm. Ona görə də, Eminin atası Vaqif Quliyevin Azadlıq Prospektində olan mənzilinə gedərək, onunla danışmağa cəhd etdim. Ondan xahiş etdim ki, tez bir zamanda mənə dəyən ziyanı oğlunun yerinə qarşılasın, çünki xaricdə təhsilim üçün vaxt itirirəm. Lakin Vaqif Quliyev mənə dedi ki, “Emin bivaqif quliyev 1lər, sən bilərsən, get pulunu ondan istə”.

Vaqif Quliyev mənimlə çox arxayın və laqeyd danışırdı. Emin mənə atasının neçə yerdə mənzili, hətta Londonda evi olması barədə bildirmişdi. Vaqif Quliyevin bu arxayın və laqeyd davranışını görəndən sonra, mən də gedib MCMİ-də şikayət ərizəsi yazdım”, – deyə E.Qocayev Qafqaznews.az-a bildirib. Məsələ ilə bağlı araşdırmamız davam edir. Elçin Qocayevin başına gələnlərlə bağlı ətraflı məlumatı növbəti yazımızda oxuculara təqdim edəcəyik.

Rüfət Əhmədzadə

Qafqaznews.az

1 1 (1) 1 (2)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR