“Tesla” ictimaiyyətin diqqətini sürücü ölümündən yayındırır

2625f4ac8b212ab61d7b1ed5d84f7993“Tesla Motors” şirkətinin rəhbəri Elon Mask yeni məxfi layihənin anonsunu verib

“APA-Economics” xəbər verir ki, elektrokarların istehsalı üzrə ixtisaslaşan şirkətin rəhbərin bildirib ki, gizli saxlanılan layihənin detalları bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq. “Tesla”nın tamamilə məxfi olan ikinci hissəsi üzərində çalışıram. Ümid edirəm ki, bu həftə ərzində onun təqdimatını keçirəcəm”, – E. Mask “Twitter” hesabında belə yazıb.

Qərb KİV-i yazır ki, böyük ehtimalla, söhbət “Tesla”nın hansısa yeni modelinin təqdimatından gedir.

Son 10 il ərzində “Tesla Roadster” sportkarı, 5 qapılı “Tesla Model S”, “Tesla Model X” krossoveri və “Tesla Model 3” sport-sedan təqdim olunub.

Bu arada ekspertlər qeyd edir ki, E. Mask bu üsulla ictimaiyyətin diqqətini bu yaxınlarda avtopilot rejimində idarə olunan “Tesla” avtomobilinin qəzaya uğramasından yayındırır. Xatırladaq ki, yük maşınına çırpılan “Tesla Model S” elektrokarının 40 yaşlı sürücü Coşua Braun hadisə nəticəsində dünyasını dəyişib. Bu, şirkət tarixində ilk belə haldır. Hadisə mayın 7-də baş versə də, çox gec ictimailəşib.

“Tesla Motors”dan bildirirlər ki, hadisənin baş verməsinə səbəb “avtopilotun yük maşınının qoşqusunda olan ağ rəngli təhlükəni seçə bilməməsi” olub. Şirkətdən əlavə olaraq bildirilib ki, həmin səbəbdən sürücü də təhlükəyə reaksiya verə bilməyib.

İstehsalçı qeyd edir ki, avtopilot funksiyası beta-test rejimindədir və sürücülər bu rejimin işə salınmasına baxmayaraq əlini sükandan çəkməməlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR