Türkiyədə ali hərbi məktəblər və liseylər bağlanıb

d7a496c02642a878fb8a6ce11be04ee4Türkiyədə ali hərbi məktəblər və liseylər bağlanıb.

APA-nın məlumatına görə, bununla bağlı qərar bu gün “Resmi qazete”də dərc olunub. Qərara əsasən Milli Müdafiə Nazirliyinin tərkibində Milli Müdafiə Universiteti yaradılacaq. Milli Müdafiə Universiteti ləğv edilən ali hərbi məktəblərin bazasında formalaşdırılacaq. Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ali hərbi məktəblərin və hərbi liseylərin bağlanacağını açıqlamışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR