​Türkiyədə baş vermiş terror aktı zamanı 2 hərbçi ölüb, 10 nəfər yaralanıb

867dfd70-b8c6-4044-999b-6e931cd7f81d_292Türkiyədə terror hadisəsi baş verib.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Van vilayətinin Erçiş rayonunda jandarm binası yaxınlığında içinə bomba qoyulmuş avtomobil partladılıb.

Nəticədə 2 hərbçi şəhid olub, 10 hərbçi yaralanıb. Terror aktının PKK təşkilatı tərəfindən törədildiyi bildirilir.

Əraziyə çoxlu sayda tibbi yardım maşını göndərilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR