Türkiyədə silahlı çevrilişə cəhdin təşkilatçısının adı açıqlandı

151610_res_01“The Associated Press” agentliyi xəbər verir

“Türkiyənin “Anadolu” dövlət informasiya agentliyinin orduda adının açıqlanmasını istəməyən mənbəyə istinadən verdiyi məlumata əsasən, dövlət çevrilişinə cəhdin təşkilatçısı polkovnik Muharrem Kösedir”.

Qiyamçı əsgərlərə rəhbərlik etməkdə Köseyə polkovnik Mehmet Oğuz Akkuş, mayor Erkan Aqın və polkovnik-leytenant Doğan Uysal köməklik göstəriblər.

Bu yaxınlarda Köse Silahlı Qüvvələrin Baş Qərargahının hüquq məsləhətçisi vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd edək ki. bu dəqiqələrə qədər qiyamda iştirakına görə 754 hərbçinin həbs edildiyi məlumdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR