Türkiyə və Rusiya bir qədər də yaxınlaşırlar

Turkey_Russian_flaqs_120510Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və energetika naziri Aleksandr Novak iyulun 27-də Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüş keçirəcək.

Bu barədə Trend RF İqtisadi İnkişaf Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədrləri A.Novak və N.Zeybekçinin görüşü iyulun 27-nə planlaşdırılıb. Görüşdə hökumətlərarası komissiyanın növbəti iclasının vaxtı müəyyən olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR