Ukrayna prezidenti Azərbaycana səfərə gəlib

f6d53960-ff65-4004-a296-2f1efd106929Ukraynanın Prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qafqaznews.az AZƏRTACa istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukraynanın Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

efa5c4f3-6120-419d-bc58-305555fcf0f8

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR