Xaricdə təhsil almaq üçün nələrə diqqət yetirilməlidir? – VİDEO

2Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı bitdikdən və nəticələr açıqlandıqdan sonra göstəriciləri yaxşı olmayan abituriyentlər və onların valideynləri düşürlər əl-ayağa. Övladının tələbə adını almasını istəyən valideyn də, qəbul olan dostlarından seçilmək istəməyən abituriyent də artıq bütün təklifləri dəyərləndirməyə çalışır. Və bu təkliflər arasında ən çox rast gəlinən xaricdə təhsildir. Amma bu təkliflər heç də hər zaman uğurlu olmur. Bəs valideyn və abituriyentlər nələrə diqqət etməlidir?
Kanal S (Region TV) xəbər verir ki, bu günkü ölkə gəncləri arasında Avropa və dünyanın ən tanınmış ali məktəblərində təhsil alanlar var. Onlar üçün kifayət qədər imkanlar da yaradılıb. İl ərzində yüzlərlə abituriyent ölkə hüdudlarından kənarda təhsil almaq üçün müəyyən şəxslərə və ya qurumlara müraciət edir. Bunlar arasında bakalavr, magistr və ali təhsilin digər pilləri üzrə xarici ölkələrə üz tutanlar da var.
Çünki xaricdə təhsil gənclərin perspektivli karyera qurması üçün xüsusi əhəmiyyət daşıyır. Nicat Abbaszadə 3 ildir Ukraynanın Bolatav İqdisadiyyat Universitetində təhsil alır. Nicat deyir ki, bu seçimi özü edib və ona çox xeyri olub.
Amma xarici ölkələrin universitetlərində təhsil almaq istəyən gənclər üçün attestatla və ya imtahansız xaricdə oxumaq kimi təklifllər ilk baxışda cəlbedici görünür. Xüsusilə bu təkliflər Rusiya və Türkiyənin bir çox universitetlərindən gəlir. Bəzən həmin insanlar işbazların qurbanına çevrilir.
Digər bir problem isə tələbə universiteti başa vurduqdan sonra meydana gəlir. Yəni bəzi təhsil müəssisəsinin diplomunun tanınmaması məzuna böyük çətinliklər yaşadır.
Ona görə də universiteti seçməzdən öncə onun barəsində daha ətraflı araşdırmanın aparılmasına ehtiyac var. Əks halda, sonrakı peşmançılığın faydası olmayacaq.


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR