XXI əsrdə ilk dəfə: öküz toreadoru öldürdü – VİDEO

matador29 yaşlı ispan toreador Viktor Barrio nümayiş zamanı öküzün zərbəsindən həlak olub.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, İspaniyada 1985-ci ildən matadorun arenada ölməsi ilə nəticələnən ilk hadisədir.

Öküzün buynuzu ilə zərbə endirməsindən yerə yıxılan toreador xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Sabah arenada nümayişlər bir dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, İspaniyada son 100 il ərzində öküz zərbələrindən 34 peşəkar matador ölüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR