“Yeni Bakı”da yanğın çıxışları ayrı-ayrı sakinlərə satılır? – FOTO, VİDEO

13672060_271433316563402_2069025821_nFHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi sözügedən kompleksdə ətraflı yoxlama aparacaqmı?

Bu günlərdə LEGİON.AZ saytı “Yeni Bakı”da bəzi binalarda çatların mövcudluğundan narahat olan sakinlərin şikayətlərini, eləcə də çat verən binalardan foto və videolar yayımlamışdı.

Eyni zamanda, Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyevin də fikirləri LEGİON.AZ-da işıqlandırılmışdı. Abşeronun baş memarı Akif Əliyev sözügedən binalarda çat və çökmə əlamətləri olmasını təsdiqləyib: “Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik. Lakin o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin xüsusi ekspertiza qrupu müəyyən edə bilər. Adi baxışla bu barədə dəqiq qərar vermək çətindir. Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var. Onların səbəbləri ətraflı araşdırılmalıdır. Bu, yeraltı, tektonik proseslərdən də ola bilər, yaxud yeraltı qrunt suları ilə bağlı ola bilər… Torpağın xassəsi ilə bağlı da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza qrupu rəy verməlidir”, – deyə Abşeronun baş memarı vurğulayıb. Həmçinin, A.Əliyev “Yeni Bakı”ya ekspertiza qrupu göndərilməsi üçün FHN və ETSN-ə müraciət göndərəcəyini də əlavə edib.

Biz məsələ ilə bağlı FHN-ə də sorğu göndərmişdik, iyulun 19-da FHN-in mətbuat xidmətindən verilən cavabda bildirilir: ” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən binalara baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. Həmin akta görə, binaların konstruktiv elementlərində heç bir çat və deformasiya qeydə alınmamışdır. Bununla belə, binaların qarşısında tikilən pilləkən və meydançaların oturduğu divarlarda divaraltı əks doldurulan qrunt kipləşdirilmədiyindən çatlar və aralanmalar yaranmışdır ki, bunlar binaların dayanıqlığına heç bir təhlükə törətmir.13872343_271433506563383_1010888244_n

Bu çatışmazlıqların aradan qaldırılmasına görə müvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Masazır ərazisində yerləşən “Yeni Bakı” yaşayış komleksinin rəhbərliyinə Agentlik tərəfindən məktubla müraciət edilmişdir”.

Qeyd edək ki, biz məsələ ilə bağlı “İlin Dörd Fəsli” MMC-nin də fikrini dərc etməyə çalışmış, amma dəfələrlə ya şirkətin menecerləri bizə informasiya verməkdən imtina etmiş, ya da şirkət rəhbərliyi bir neçə cümləlik “qaralama” email məktubu göndərməklə kifayətlənmişdi. İyulun 16-da (şənbə günü) özünü təqdim etməyən şirkət nümayəndəsi Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədova zəng edərək, LEGİON.AZ-da yazılanların qərəzli olduğunu demişdi. Agentlik direktoru isə qarşı tərəfin də mövqeyini dərc etmək üçün əməkdaşımıza tapşırıq vermiş, lakin əməkdaşımız  bir neçə saat sonra həmin şəxslə danışarkən, bu sözləri eşitmişdi: “Mənə daha zəng etməyin, məni şənbə günü narahat etməyin. Mən sizə heç nə demək istəmirəm”.

İyulun 20-də “Yeni Bakı” sakinlərindən məlumat aldıq ki, komendantlıq işçiləri hər binanın girişində FHN-in məktubunun surətini və mətbuata müraciət edənlərin fırıldaqçı elan olunduğu bildirişləri yapışdırıblar.

Sakinlər bizə həmin bildirişin fotoşəklini də çəkərək göndəriblər. Fotoşəkildən aydın görünür ki, “İlin Dörd Fəsli” MMC-nin rəhbərliyi  sakinlərin binalardakı çatlardan yaranan narahatlığını, mətbuatın isə bu mövzuda araşdırma aparmasını təxribat və böhtan kampaniyası hesab edir. Həmçinin, bildirişdə qeyd olunur ki, “şirkət yalan və böhtan xarakterli şayiə və məqalələrə görə məhkəmə iddiası hazırlayır və bu şəxslərin mənzil müqaviləsinin ləğvi haqqında düşünür” (legion.az).

13639576_261494477557286_1900199258_o-768x302-2-1İyulun 28-də Qafqaznews.az-ın redaksiyasına “Yeni Bakı” yaşayış kompleksi ilə bağlı daha bir məlumat daxil oldu. Sakinlərin dediyinə görə, şəhərcikdəki 1, 2 və 3 saylı “P-şəkilli” binaların yanğın çıxışları ayrı-ayrı sakinlər tərəfindən mənimsənilib. Onların dediyinə görə, yanğın çıxışları “İlin Dörd Fəsli” MMC tərəfindən həmin binaların son mərtəbəsində yaşayan bəzi sakinlərə satılıb və həmin sakinlər də yanğın çıxışlarını bağlayaraq, öz mənzillərindən meydançaya qapı açıblar.

Dediklərinin təsdiqi olaraq, redaksiyamıza foto və videolar da göndərən sakinlər,  Qafqaznews.az-dan xahiş edirlər ki, yanğın çıxışlarının ayrı-ayrı sakinlərə satılmasının hansı yolla baş verdiyini və bunun qanuni olub-olmadığını aydınlaşdıraq.


İlk əvvəl “İlin Dörd Fəsli” şirkətiylə əlaqə saxlamağa, belə bir prosedurun həyata keçirilib-keçirilmədiyini öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Sonda, şirkətin rəsmi saytının “onlayn müraciət”bölməsində sualımızı yazdıq. Şirkətin rəsmi mövqeyini üç iş günü ərzində işıqlandırmağa hazırıq. Daha sonra, Abşeronun baş memarı Akif Əliyevlə əlaqə saxladıq.

13639459_271433319896735_901187402_o“Bu işlər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin səlahiyyətindədir. Mənim o səlahiyyətim yoxdur”, – deyə memar cavab verdi.

“Biz sizdən tədbir görməyinizi yox, bir memar kimi mütəxəssis rəyi verməyinizi xahiş edirik. Həm də ki, sözügedən binalar sizin rayondadır… Ümumiyyətlə, yanğın çıxışlarının ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilməsi, ya da qeyri-leqal mənimsənilməsi barədə nə deyə bilərsiniz?”, – deyə soruşduq.13866537_271433306563403_1639314_n

“Memar kimi deyə bilərəm ki, bu, düz deyil. İnsana göz, qulaq, tük necə vacibdirsə, binalarda yanğın çıxışları o qədər vacibdir. Yanğın çıxışları ictimai qurğudur. Ümumiyyətlə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi vaxtaşırı olaraq orda ətraflı baxış həyata keçirməli, binaları yoxlamalıdır. Bir daha deyirəm ki, yanğın çıxışlarının ayrı-ayrı şəxslərə satılmasına yol vermək olmaz” – deyə Abşeron RİH-in Tikinti və Memarlıq Şöbəsinin müdiri Akif Əliyev vurğuladı.

Bizə də maraqlı gəldi ki,  iyulun 14-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin nümayəndələri “Yeni Bakı” yaşayış kompleksində baxış keçirərkən, binaların yanğın çıxışlarına diqqət etməyiblərmi?

Biz bu sualla sözügedən agentliyə zəng etdik. Qafqaznews.az-a öz vəzifəsini bildirməyən TTNDA əməkdaşı Əli Hüseynov yuxarıdakı sualımızı şərh etməkdən boyun qaçırdı. “Bizə həmişə müraciət olanda araşdırmışıq, tədbir görmüşük”, – deyə Ə.Hüseynov bildirdi.

Lakin yanğın çıxışlarının ayrı-ayrı şəxslər tərəfindən mənimsənilməsinin düzgün olub-olmaması ilə bağlı suala belə cavab aldıq: “Bəli, bu düz deyil. Yanğın çıxışları heç kimə satıla bilməz. Lakin bizə yazılı müraciət olunsun, bölgəyə məsul olan nümayəndəmizə məlumat verək, gedib araşdırsın”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

Mövzuya aid linklər:

http://qafqaznews.az/2016/07/yeni-baki-da-c-za-kampaniyasina-start-verildi-foto-video/

http://qafqaznews.az/2016/07/qafqaz-x-b-r-agentliyi-yeni-baki-il-bagli-ittihamlara-cavab-verdi-reaksiya-cavab/

http://qafqaznews.az/2016/07/abseronun-bas-memari-yeni-baki-da-binalarin-cokm-sini-t-sdiql-di-arasdirma-foto-video/

http://legion.az/9503–yeni-bak%C4%B1da-m%C9%99nzil-m%C3%BClkiyy%C9%99t%C3%A7il%C9%99ri-ramiz-mehdiyev%C9%99-m%C3%BCraci%C9%99t-etdil%C9%99r-m%C6%8Ftn.html

http://qafqaznews.az/2016/06/yeni-baki-sakinl-ri-dovl-t-bascisina-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-isiqsiz-qalan-sakinl-r-alternativ-enerji-axtarirlar-video/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-qalmaqal-dusdu-sakin-ozunu-yandirmaq-ist-di/
http://qafqaznews.az/2016/05/az-risiq-dovl-t-bascisinin-f-rmanina-qarsi-gedir/
http://qafqaznews.az/2016/04/yeni-baki-massivinin-sakinl-ri-ozbasinaliq-v-kobudluqdan-sikay-t-edir-video/
http://qafqaznews.az/2016/04/az-risiq-dan-yeni-baki-sakinl-rin-q-rib-cavab-gedin-prezident-sikay-t-edin/



13639459_271433319896735_901187402_o

13866537_271433306563403_1639314_n13872575_271433313230069_2131431343_n

13672276_271433309896736_1332923000_n




13782165_266684573704943_5569605053188174844_n13781778_266684577038276_5256010712581070780_n

 

 

13695677_265311303842270_2010637263_n 13730473_265311307175603_576447479_o

13649697_261494470890620_440726887_n 13646838_261494474223953_1538936776_o 13644320_261494467557287_2064491078_n 13639576_261494477557286_1900199258_o 13650449_261494464223954_313269621_n 13616424_261494480890619_501208702_o 13664345_261503720889695_870250897_n
13616424_261494480890619_501208702_o

 


 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR