Əyyaş robot yaradıldı – VİDEO

robot_2r87272667Koreyalı alim Ençan Pak əyyaşlıq etməyi “bacaran” robot yaradıb
Milli.Az AsiaOne-a istiinadən bildirir ki, alimin dediyinə görə, Milad bayramını tənha qeyd etmək məcburiyyətində qaldığından belə robot hazırlamaq fikrinə düşmüşdü.
“Drinky” adlı robot əlində qədəhi tutmağı və qədəhi toqquşdurmağı bacarır. Onun içdiyi içki şüşə bankaya axdığından içki “itkisi” olmur.
Qədəh boşalanda “Drinky” sahibinə qətiyyətli jestlə “Doldur!” işarəsi verir. Robot içki içəndən sonra onun yanaqları qızarır və “Drinky” əli ilə “Əla!” işarəsini göstərir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR