“Zaman-Azərbaycan” qəzetinin saytı bağlanıb

Screenshot - 20_07Saytda Rəcəb Tayyib Ərdoğanın əleyhinə yazılar yer alırdı

Azərbaycandakı “Zaman-Azərbaycan” qəzetinin saytı (zaman.az) bağlanıb.

Qafqaznews.az Report-a istinadən verdiyi xəbərə görə, sayta giriş qapadılıb.

Xatırladaq ki, zaman.az saytının ABŞ-da yaşayan Fətullah Gülənə bağlı olduğu deyilir.

Saytda iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı Fətullahçı Terror Təşkilatının (FETO) təbliğatına geniş yer verilir və prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə yazılar yer alırdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR