Almaniya 2016-ci ildə ölkəyə 300 minə qədər miqrant gələcəyini gözləyir

ca1e1079-e2e0-47e8-9ab5-b2ccea49fe872016-cı ilin sonunadək Almaniyaya 250 mindən 300 minə qədər qaçqın gələcək.

“Report” xəbər verir ki, bunu Almaniyanın Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsinin (MQFİ) rəhbəri Frank-Yurgen Vayze “Bild am Sonntag” nəşrinə müsahibəsində bildirib.

“Bu il, çox güman ki, 300 mindən bir qədər az adam gələcək”, – deyə o bildirib.

Vayzenin sözlərinə görə, onun tabeliyində olan idarənin buraxılış qabiliyyəti məhz bu saya hesablanıb.

“Əgər daha çox adam gələrsə, biz təzyiq altında qalacağıq”, – deyə MQFİ rəhbəri vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR