Almaniya XİN başçısı Hələbə humanitar hava körpüsü yaradılmasını təklif edib

15aae3f5-3358-42c5-81bb-557724868f9b_292Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Hələbə humanitar yardım göstərilməsi üçün hava körpüsü yaradılmasını təklif edib.

Bu barədə “Report” “Qazeta.Ru”ya istinadən xəbər verir.

“Bundan sonra da Hələbin hər iki tərəfinə humanitar yardım çatdırılması qeyri-mümkün olarsa, ilk növbədə dərmanların hava vasitəsilə çatdırılması barədə düşünməli olacağıq”, – XİN başçısının bəyanatında deyilir.

XİN rəhbəri həmçinin Suriya üzrə əlaqə qrupunun üzvlərinin bu variantı nəzərdən keçirməklə bağlı razılığa gəldiklərini söyləyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR