Avtomobil iki piyadanı vurdu – biri öldü – VİDEO

2 (1)Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Babək prospektində qeydə alınıb.
Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi “VAZ-2109” markalı minik maşını ilə yolu keçən piyadalar – Kürdəmir rayon sakinləri-1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Əli Ramil oğlu Sadıqovu vurub. Nəticədə Əli Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb, Aidə Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR