“Ayağımın altında qaldı, qutuya qoyub həkimə gətirdim” – əqrəb sancan şəxs – VİDEO – FOTO

2“Su içmək istədim, vurdu”.
Cəlilabadda növbəti dəfə əqrəb sancması baş verib.
Belə ki, rayonun Suluçeşmə kənd sakini 42 yaşlı Eldar Bağırov axşam saatlarında su içmək üçün evdən bayıra çıxarkən əqrəb onun sağ ayağını pəncə nahiyyəsindən sancıb.
CTV (Region TV) xəbər verir ki, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında xəstəyə ilkin tibbbi yardım göstərilərək zəhər əleyhinə zərdab vurulub.
Zərərçəkən Eldar Bağırovun sözlərinə görə, o, əqrəbi işığın söndüyü üçün görməyib: “Evdə uzanmışdım otaqda. Susadım, çıxdım su içməyə. İşıqlar da sönmüşdü. Ayağımın altında qalması ilə sancdı ayağımdan. Sonra mən əl fənəri ilə onu tapdım. Qoydum şüşə karopkasına ki, həkimə gələndə baxsınlar görsünlər bu nədir”.
Hazırda onun vəziyyəti stabildir.
Mütəxəsislər əqrəb sancmasından qorunmaq üçün  gecə və gündüz kol-kos ərazilərdə ayaqyalın gəzməməyi tövsiyə edir. Əqrəbin evə girməməsi üçün qapı və pəncərlərin həşarat əleyhinə tor örtüklərlə örtülməsi məsləhət görülür.
1 3 4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR