Azərbaycan nefti cüzi ucuzlaşıb

f9817a1f-e137-41b6-b71d-5380d78ea33e_292Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,02 dollar və yaxud 0,05% ucuzlaşıb.

“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 42,82 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR