Bakı sakinlərinin yarısı internetdən istifadə etmir

kompyuter_010Şəhər əhalisi arasında sorğu keçirilib.

Oxu.Az “ACT Azərbaycan”a istinadən iyulun 17-dən 21-dək Bakı şəhərində aparılan sorğunun nəticələrini təqdim edir.

İnternetdən istifadə edənlər və məqsədləri

Rəyi soruşulan respondentlərin 54,4%-i gün ərzində internetdən istifadə etdiyini bildirib. Ən fəal istifadəçilər (77,6%) gənclərdir (18-34 yaş aralığı). 55 və daha çox yaşı olan respondentlərin isə əksəriyyəti, ümumiyyətlə, internetdən istifadə etmir (73,6%).

Sorğuda iştirak etmiş respondentlərin 77,3%-i internetdən xəbər oxumaq və yeni məlumatlar əldə etmək üçün istifadə edir. Dost-tanışı ilə ünsiyyət quranlar 52,6% təşkil edir. İnternetdə musiqi dinləyib, film izləyənlər isə 48,3%-dir.

Sosial şəbəkə istifadəçiləri

Sosial şəbəkə istifadəçiləri arasında “Facebook” favoritdir. 28,7% respondent məhz bu sosial mediadan istifadə edir. İsitifadəçilər arasında lider 55 və daha çox yaşı olan respondentlərdir (41,6%). “Instagram” isə ikinci pillədə qərarlaşıb (9,4%).

13,2% gənc bu sosial şəbəkədən yararlanır. “Odnoklassnik”də “sinif yoldaşlarını axtaranlar” 2%, “Vkontakte”də ünsiyyət quranlar isə 1,5% təşkil edir. Rəyi soruşulan respondentlərin cəmi 0,8%-i “Twitter” istifadəçisidir.

“YouTube” videolarından yararlanan respondentlər sorğuda 2,2% nəticə verib. Orta nəslin nümayəndələri (35-54 yaş aralığı) portaldan daha çox istifadə edirlər (6,5%).
“Whatsapp” istifadəçiləri sorğuda daha yüksək nəticə göstəriblər.

Rəyi soruşulan respondentlərin 54,4%-i “WhatsApp” tətbiqindən istifadə etdiklərini bildiriblər. Orta nəslin nümayəndələri (35-54 yaş aralığı) “WhatsApp”dan daha çox istifadə edirlər (56%).
Rəyi soruşulan qadın respondentlər əsasən “WhatsApp” (71,4%), “Facebook” (52,3%), “Instagram” (40,2%) proqram və sosial şəbəkələrindən istifadə edirlər.

Kişilər isə “Facebook” (68,6%), “WhatsApp” (54,3%), “Instagram” (44,3%) istifadə etməyə üstünlük verirlər. Rəyi soruşulan respondentlərin 84%-i evdə internetə çıxışı var. 64,7% respondent isə internetə girmək üçün mobil operatorların təklif etdikləri internet paketlərindən istifadə edirlər.

Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR