​Bakıda baş verən qəzada səfirlik əməkdaşı yaralanıb

c0049841-3ce6-4b08-8ec3-3c2473f5c4c0_292Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Yusif Hacıyevin idarə etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinə məxsus “Nissan”, Cəlilabad rayon sakini 1964-cü il təvəllüdlü Əliqardaş Xudiyevə məxsus “Mercedes-Benz” və Bakı şəhər sakini Əli Rəsulovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşublar.

Y.Hacıyev müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR