Başbuğ Gülənin ən böyük silahını açıqladı

ilker_basbug_02Türkiyə Baş Qərargahının keçmiş rəhbəri İlkər Başbuğ Fətullah Gülənin ən böyük silahının kəşfiyyat olduğunu bildirib.

Qafqaznews.az axar.az-a istinadən bildirir ki, Başbuğ 15 iyul qiyamı ilə bağlı mətbuata açıqlamasında maraqlı məqamlara toxunub.

“Bu gün dünya insanların şəxsi məlumatları əsasında idarə edilir. İdarə etmək istədiyiniz insanların gizli məlumatları sizin ən böyük silahınızdır.  Dünyanın üzərində bu dayanır. Bəs Gülən camaatının əsas silahının nə olduğunu bilirsiniz? Şəxsi məlumatlar. Bu çox böyük şəbəkələnmənin əsasında həyata keçirilir. Gülən bundan əsas silah kimi istifadə edir. Düşüncə və duyğunu sintez edə bilirsinizsə, toplum arxanızdan gələcək. Hətta insanları ölümə belə  apara bilərsiniz”, – Başbuğ bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR